Bakıda quldurluq hadisəsi olub.
Yenisabah.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, iyunun 21-də naməlum şəxslər Binəqədi qəsəbə sakini C.Məmmədovu döyüb 340 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə əlindən alıb.
Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşın mobil telefonu və pulunu talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri K.Qurbanzadə, əvvəllər məhkum olunmuşlar - E.Əzimov və T.Quliyev saxlanılıblar. Marqarita pizza
Telegram kanalımız