Bakıda qumbara tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qumbara tapıldı

Hadisə

23 Mart 2023 15:04 760


Bakıda əl qumbarası tapılıb.

Yenisabah.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla xəbər verir ki, Xəzər rayonunda hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Dominos pizza

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd RQD-5 əl qumbarası olduğu müəyyən edilib. Qumbara ərazidən kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!