Bakı sakinləri üçün VACİB MƏLUMAT -   15:00-dan...

saytların hazırlanması

Evə çatdırılma

Bakı sakinləri üçün VACİB MƏLUMAT - 15:00-dan...

Sosial

07 Oktyabr 2026 12:13 127


Oktyabrın 7-də Bakının iki ərazisində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Bu barədə "Yeni Sabah"a aidiyyəti qurumdan məlumat verilib.

Bildirilib ki, saat 15:00-dan etibarən Binəqədi rayonunun Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsində təmir işləri aparılacaq. Sezar pizza

Həmçinin Sabunçu rayonunda Zabrat–Maştağa şossesinin Elşən Məhərrəmli küçəsi ilə kəsişməsindən Dövlət Gömrük Komitəsi Akademiyasının qarşısına qədər olan hissəsində, hər iki istiqamət üzrə təmir işləri görüləcək.

Təmir işləri ilə əlaqədar həmin ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!