Bakıda top mərmisi tapıldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda top mərmisi tapıldı - Fotolar

Hadisə

01 Oktyabr 2021 18:27 919


Bakıda top mərmisi tapılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub. Toyuqlu pizza

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniklər qrupu cəlb edilib.

İlk növbədə, XRXX-nin əməkdaşları hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birlikdə ərazidəki insanları təhlükəsiz məsafəyə uzaqlaşdırıb və kənar şəxslərin əraziyə girişini məhdudlaşdırıb. Sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı 1 ədəd 76 millimetrlik top mərmisinin döyüş tətbiqinə yararsız gövdəsi aşkar olunaraq ərazidən götürülüb.

Hadisə yerinə və yaxın əraziyə təkrar baxış zamanı hər hansı başqa şübhəli və ya təhlükəli əşya aşkar edilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!