Bakıdakı orta məktəb koronavirusa görə distant təhsilə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıdakı orta məktəb koronavirusa görə distant təhsilə keçdi

Sosial

05 Oktyabr 2021 15:09 1085


Bakı şəhəri 162 nömrəli tam orta məktəbinin 8 ç sinfində 3 şagirdin COVİD-19-a yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, məktəbdə əyani təhsil davam edir. pizza sifarişi

Paytaxt məktəblərində çalışan təhsil işçilərinin 90 faizindən çoxu vaksin olunub.

Tədris ocaqlarında pandemiya şəraitindən irəli gələn qaydalara ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!