Bu gün Bakının 551 küçəsi yuyulub.
Bu barədə Yenisabah.az-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, BŞİH-in təşkilatçılığı ilə avqustun 19-da paytaxtda təmizlik və abadlıqla bağlı növbəti daxili iməcilik keçirilib. pizza mizza
Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 551 əsas küçə və prospektlərin təbiətə ziyanı olmayan vasitələrlə yuyulmasını təmin edilib və eyni zamanda digər təmizlik və abadlıq işləri həyata keçirilib.
Telegram kanalımız