Bakının bu qəsəbəsində istilik təchizatı kəsildi

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu qəsəbəsində istilik təchizatı kəsildi

Sosial

16 Mart 2023 18:35 819


Bakının Xətai rayonunun Əhmədli qəsəbəsinin bir hissəsinin istilik təchizatında müvəqqəti fasilə yaranıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC-dən bildirilib.

Məlumata görə, buna səbəb həmin ərazini istilik enerjisi ilə təchiz edən magistral xətdə qəza baş verməsidir. Qəzanın operativ aradan qaldırılması üçün lazımi işçi qüvvəsi və xüsusi texnikalar səfərbər edilib, bütün lazımi tədbirlər görülür. Marqarita pizza

Qurum müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!