Nəsimi rayonunun "Papanin" kimi tanınan ərazisində söküntü işlərinə başlanılıb.
“Yeni Sabah” "ATV-yə istinadən xəbər verir ki, söküntü işləri əsasən həyət evləri üzərində aparılır.
Həyət evlərinin söküntüsü başa çatdıqdan sonra ərazidə hündürmərtəbəli binalar inşa ediləcək. Artıq əksər sakinlər tikinti şirkəti ilə razılığa gələrək müqavilə bağlayıblar. Sezar pizza
Sakinlər iki il müddətinə kirayə haqqı və sökülən evlərinin yerində inşa olunacaq hündürmərtəbəli binadan mənzillərlə təmin olunacaqlar.
Telegram kanalımız