Bakının bir sıra əsas küçə və prospektlərində hazırda nəqliyyat sıxlığı müşahidə olunur.
"Yeni Sabah" xəbər verir ki, yollardakı vəziyyətə əsasən, sıxlıq aşağıdakı istiqamətlərdə qeydə alınıb:
Bakı-Sumqayıt şosesi – "20 Yanvar" metro stansiyası istiqamətində; pizza mizza
1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində;
Bakıxanov küçəsi – Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən "Statistika" dairəsi istiqamətində;
Xətai prospekti – Heydər Əliyev prospekti istiqamətində;
28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
Dilarə Əliyeva küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
Mikayıl Müşfiq küçəsi – "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
Heydər Əliyev prospekti – əsas yol, mərkəz istiqamətində;
Koroğlu Rəhimov küçəsi – Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
Şəmsi Bədəlbəyli küçəsi – "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;
Tbilisi prospekti – "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində.
Aytac Əliyeva
Telegram kanalımız