Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq   - TARİX AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - TARİX AÇIQLANDI

Sosial

17 Avqust 2026 20:12 27


Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, avqustun 18-dən etibarən Yasamal rayonunda Zahid Xəlilov küçəsinin Akim Abbasov küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək olan hissəsi saat 08:00-dan nəqliyyatın hərəkəti üçün bağlanacaq. Sezar pizza

Həmin tarixdən Nərimanov rayonunun Ceyhun Hacıbəyli küçəsində Hənifə Ələsgərova küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan hissədə də saat 20:00-dan nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!