Bakı–Qazax yolunda dəhşətli qəza:   Sürücü ölümdən belə qurtuldu

saytların hazırlanması

Evə çatdırılma

Bakı–Qazax yolunda dəhşətli qəza: Sürücü ölümdən belə qurtuldu

Hadisə

07 Sentyabr 2026 15:32 83


Bakı–Qazax avtomobil yolunun 80,5-ci kilometrliyində baş verən yol-nəqliyyat hadisəsində təhlükəsizlik kəmərinin sürücünün həyatını xilas etdiyi bildirilib.

"Yeni Sabah" xəbər verir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, “Toyota” markalı avtomobilin sürücüsü A.Cabbarov sükan arxasında yuxuladığı üçün nəqliyyat vasitəsinin idarəetməsini itirib və avtomobil aşıb.

Onun sözlərinə görə, qəzanın ağırlığına baxmayaraq, sürücünün təhlükəsizlik kəmərindən istifadə etməsi onun avtomobildən kənara atılmasının və daha ağır xəsarətlər almasının qarşısını alıb. Marqarita pizza

R.Tağıyev qeyd edib ki, bu hadisə təhlükəsizlik kəmərinin sadəcə inzibati tələb deyil, qəza zamanı insan həyatını qoruyan əsas vasitələrdən biri olduğunu bir daha göstərir.

“Avtomobil aşarkən təhlükəsizlik kəməri sürücünü oturacaqda saxlayır, onun salonda və ya nəqliyyat vasitəsindən kənara atılma riskini əhəmiyyətli dərəcədə azaldır. Heç bir sürücü qəzanın nə vaxt baş verəcəyini əvvəlcədən bilmir. Lakin hər kəs avtomobil hərəkətə başlamazdan əvvəl təhlükəsizlik kəmərini bağlamaqla mümkün ağır nəticələrə qarşı tədbir görə bilər”, – deyə şöbə rəisi vurğulayıb.

O əlavə edib ki, sükan arxasında yuxulamaq ciddi təhlükə yaradır və belə hallarda qəzanın qarşısını almağın ən doğru yolu yorğun halda avtomobil idarə etməməkdir.

R.Tağıyev sürücüləri təhlükəsizlik kəmərindən istifadəyə məsuliyyətlə yanaşmağa çağırıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!