Novxanı qəsəbəsində "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib.
"Yeni Sabah" Qafqazinfo-ya istinadla xəbər verir ki, o, bağ evində bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur.
Prokurorluq Bəxtiyar Daliyə qarşı Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. pizza mizza
B.Dali hazırda Şüvəlandakı istintaq təcridxanasında saxlanılır.
66 yaşlı şəxs uzun illər Rusiyada yaşayıb və dediyinə görə, hərbi mühəndis olub.
Telegram kanalımız