Bu sahədə qaydalar dəyişdi – Milli Məclis qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

Bu sahədə qaydalar dəyişdi – Milli Məclis qərar verdi

İqtisadiyyat

03 Noyabr 2026 12:39 124


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edildikdən sonra parlamentin plenar iclasına tövsiyə olunan “Qiymətli kağızlar bazarı haqqında” qanuna təklif edilən dəyişikliklər üçüncü oxunuşda qəbul edilib.

"Yeni Sabah" xəbər verir ki, qanunvericiliyə edilən dəyişikliklərlə ölkədə sekyuritizasiya fəaliyyəti üzrə müasir hüquqi çərçivə formalaşdırılır.

​Qanun layihəsinə əsasən, kredit, maliyyə icarəsi və ya faktorinq müqavilələri, həmçinin fond birjasında listinqdə olmayan korporativ istiqrazlar üzrə yaranan pul tələbləri sekyuritizasiyanın predmeti qismində çıxış edəcək. Mərkəzi Banka sekyuritizasiyanın predmeti ola biləcək digər pul tələblərini də müəyyənləşdirmək hüququ verilir. Eyni zamanda, normativ hüquqi aktlarla nəzərdə tutulan hallarda sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlər, fond birjasında listinqdə olmayan korporativ istiqrazlar istisna olmaqla digər investisiya qiymətli kağızları, iflas prosesində olan şəxslərə verilmiş borclar, dövri ödənişlər nəzərdə tutulmayan debitor borcları və üçüncü şəxslər qarşısında yüklü olan aktivlər sekyuritizasiyanın predmeti kimi istifadə oluna bilməyəcək. pizza mizza

​Dəyişiklikdə qeyd olunub ki, sekyuritizasiya şirkəti tərəfindən buraxılan və ödənişləri müvafiq plana uyğun olaraq aktivlərdən daxil olan pul vəsaitləri hesabına həyata keçirilən sekyuritizasiya istiqrazlarının teminatı da xüsusi qaydada tənzimlənir. Belə ki, sekyuritizasiyanın predmeti olan aktivlər reyestrə daxil edildiyi andan etibarən istiqraz mülkiyyətçilərinin xeyrinə qanun üzrə girov qoyulmuş hesab olunur.

​Qanun layihəsi parlamentdəki səsvermə nəticəsində üçüncü oxunuşda bəyənilib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!