Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə görə 101 ölkə arasında 92-ci sırada qərarlaşıb.
"Yeni Sabah" Numbeo-ya istinadla xəbər verir ki, səhiyyə xidmətlərinin keyfiyyətinə dair hazırlanan reytinq siyahısında Azərbaycan 49 bal toplaya bilib.
Reytinqə daxil edilən 101 ölkə arasında Azərbaycan yalnız Monteneqro, Nigeriya, Misir, Albaniya, İraq, Mərakeş, Banqladeş, Venesuela və Suriyanı qabaqlayıb. pizza mizza
Keçmiş SSRİ və region ölkələri arasında səhiyyə xidmətlərinin səviyyəsinə görə ən yüksək göstərici Estoniyada qeydə alınıb. Bu ölkə siyahıda 13-cü yerdə qərarlaşıb.
Səhiyyə xidmətlərinin səviyyəsinə görə ilk beşlikdə isə Tayvan (87,1 bal), Cənubi Koreya (83 bal), Yaponiya (79,9 bal), Ekvador (78,2 bal) və Niderland (77,6 bal) yer alıb.
Reytinqdə ölkələrin səhiyyə xidmətlərinin ümumi səviyyəsi ilə yanaşı, səhiyyə xərcləri üzrə indeks göstəriciləri də təqdim olunub. Azərbaycanın səhiyyə xərcləri indeksi 85,2 bal təşkil edib.
Telegram kanalımız