Bakıya piyada gəlmək istəyənlər haqda nazirdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bakıya piyada gəlmək istəyənlər haqda nazirdən açıqlama

Kriminal

27 Mart 2020 10:28 1662


“Koronovirusla bağlı ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə 746 nəfər inzibati, bir nəfər isə cinayət məsuliyyətinə cəlb olunub”.

“Yeni Sabah” xəbər verir ki, bunu Daxili İşlər naziri Vilayət Eyvazov Nazirlər Kabineti yanında operativ gərargahın dünən keçirilən iclasında bildirib.

Nazir deyib ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonuna giriş-çıxışın məhdudlaşdırılmasına baxmayaraq, bəzi vətəndaşlar postlara qədər maşınla, oradan isə piyada keçərək, Bakıya girməyə cəhd edirlər:

“99 nəfər barəsində konkret tədbirlər görülüb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!