Bal satışı ilə bağlı QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

Bal satışı ilə bağlı QƏRAR

İqtisadiyyat

27 Avqust 2026 09:43 91


Arı balının kənd təsərrüfatı məhsulu hesab edilib-edilməməsi və onun pərakəndə satışı zamanı ƏDV-nin necə hesablanması ilə bağlı məsələyə aydınlıq gətirilib.

"Yeni Sabah" xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yayılan məlumatda arı balının istehsalının kənd təsərrüfatı məhsullarının istehsalına aid edildiyi bildirilib.

Qeyd olunub ki, Azərbaycan ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanır. Pepperoni pizza

Məsələn, kənd təsərrüfatı məhsullarının pərakəndə satışı ilə məşğul olan ticarət obyekti 20 min manat dəyərində aldığı malları 25 min manata satırsa, 5 min manat ticarət əlavəsinə 18 faiz ƏDV dərəcəsi tətbiq edilir.

Bununla yanaşı, bildirilib ki, arıların becərilməsi, arı balının və arı mumunun istehsalı ilə məşğul olan şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlər 2014-cü il yanvarın 1-dən 13 il müddətinə gəlir və mənfəət vergisindən azaddır.

Həmin fəaliyyət prosesində istifadə olunan əmlaklar əmlak vergisindən, istehsal olunan kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr isə ƏDV-dən azaddır. İstehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi də sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.

Məlumatda hüquqi əsas kimi Vergi Məcəlləsinin 13.2.60-cı, 102.1.11-ci, 106.1.14-cü, 159-cu, 164.1.18-ci, 164.1.37-ci, 199.9-cu və 218-1-ci maddələri, eləcə də Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı” göstərilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!