“Bank Avrasiya”nın səhmdarı CƏRİMƏLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

“Bank Avrasiya”nın səhmdarı CƏRİMƏLƏNDİ

İqtisadiyyat

07 Oktyabr 2026 16:04 74


“Top Properties” MMC maliyyə hesabatlarını dərc etmədiyinə görə cərimələnib.

“Yeni Sabah” Plat.az-a istinadla xəbər verir ki, Maliyyə Nazirliyi tərəfindən şirkətin İnzibati Xətalar Məcəlləsinin (İXM) 462.1-ci (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib edilərək ona əlavə edilmiş sənədlərlə birlikdə Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə “Top Properties” MMC İXM-in 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib. Şirkətə 1 500 manat məbləğində inzibati cərimə tətbiq edilib. pizza

Qərarla razılaşmayan MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edib.

Apellyasiya şikayətində göstərilib ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan qərar qəbul edib. 

Apellyasiya instansiyası məhkəməsi şikayətlə əlaqədar iş materiallarını araşdıraraq onun təmin edilməsi üçün əsasların olmadığı qənaətinə gəlib. Məhkəmə hesab edib ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 

Məhkəmə qərarında İXM-in 462.1-ci maddəsinin tələblərinə istinad edilib. Həmin maddəyə əsasən, mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması və dərc edilməsi ilə bağlı qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur.

İş materiallarında olan inzibati xəta haqqında protokol və digər sənədlərlə müəyyən edilib ki, “Top Properties” MMC 2024-cü il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə 2025-ci ildə təşkilatın rəsmi internet səhifəsində və ya mətbu orqanda dərc etdirməyib. 

Məhkəmə bu halları mühasibat uçotu sahəsində qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirib və şirkətin İXM-in 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirinin iş materialları ilə tam sübuta yetirildiyi qənaətinə gəlib.

Nəticədə Bakı Apellyasiya Məhkəməsi “Top Properties” MMC-nin şikayətini təmin etməyib, Nəsimi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. 

Beləliklə, şirkət barəsində tətbiq edilmiş 1 500 manat məbləğində inzibati cərimə qüvvədə qalıb. 

Qeyd edək ki, “Top Properties” MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 145 627 302,5 manatdır və qanuni təmsilçisi Vasif Məcnunovdur. 

Onu da bildirək ki, “Bank Avrasiya”nın səhimlərinin 49,50 faizinə “Top Properties” MMC sahibdir. Bankın digər səhmlərinin 49,5 %-i "Azbizneskom" MMC-yə, 1 %-i isə, Rüstəm Eynullayevə məxsusdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!