Bakıdan Panama dövlət başçısına məktub göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan Panama dövlət başçısına məktub göndərildi

Siyasət

03 Noyabr 2026 11:48 91


Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb.

"Yeni Sabah" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, Marqarita pizza

Panama Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Əminəm ki, Azərbaycan-Panama dostluq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Panama xalqına daim əmin-amanlıq və rifah arzulayıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!