Bizim yazarlar heç məğlubiyyətimiz haqda roman yazıblar ki, indi gedib Zəfər günü haqda nəsə yazsınlar?
Özü də o məğlubiyyət mövzusu bəlkə də Zəfər mövzusundan daha lazımlıdır susuz ruhumuza.
Vacib detalı xatırlatmasam bağrım çatlar: Müharibə haqda roman yazanlar əvvəlcə bu döyüşlərdə reportyor, əsgər, zabit taleyini yaşayan Hemenqueylər, Tolstoylar, Riçard Oldinqtonlar, Remarklardı. Sezar pizza
Lev Tolstoy Krım, Qafqaz müharibəsi mövzusunda əvvəlcə " Sevastopol hekayələri", "Qafqaz əsiri" yarıreportajlarını yazıb. O reportajlarsız gələcəyin "Hərb və sülh" epopeyası kağız üzərinə köçürülə bilməzdi.
Hemenquey Osmanlı- Yunan cəbhəsində əvvəlcə reportyorluq eləyib və s. Və ilaxır.
Sonra " Əlvida, silah"ı birnəfəsə qələmə alıb.
Biz isə, Zəfər müharibəsində jurnalistləri cəbhəyə buraxmamaq təlimatının faciəsini, acı nəticəsini yaşayırıq indi ədəbiyyatda. Jurnalistikada.
Ən böyük cinayətdir jurnalistləri cəbhə xəttinə, təmas xəttinə buraxmamaq...
Müharibə həmişə ən böyük məktəbdir yazara.
Çingiz Mustafayev Xocalını özbaşına, icazəsiz çəkməsə, biz bəlkə Qarabağ faciəsini bu qədər dərindən və dəruni yaşamazdıq, anlamazdıq hətta.
Biz isə bu məktəbdən məhrum etdik jurnalistlərimizi.
İndi də deyirik niyə müharibədən yazmırlar?
Meydanı, mikrofonu verdik Fulya xanıma.
O da etibarımızı doğrultmadı sonra.
Qorxun ki, o romanı bir də gördüz Fulya xanım yazdı.
Mərəkə bax onda qopacaq.
P.S. Şükür mən Güneydəki son müharibəni həm gözlərimlə gördüm, həm qələmimlə. "Təbriz gündəliyi" yazdım.
Həmid Herisçi
Telegram kanalımız