Milli Məclisin bugünkü plenar iclasında 8 Noyabr - Zəfər Gününün ildönümü münasibətilə çıxış edən deputat Ceyhun Məmmədov Vətən müharibəsi günlərində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların və ölkəmizin haqq işinə dəstək verən digər xalqların nümayəndələrinin erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardıqlarını diqqətə çatdırıb.
"Yeni Sabah" xəbər verir ki, deputat vurgulayıb ki, etnik və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları həmin günlərdə görünməmiş həmrəylik nümayiş etdirərək ön və arxa cəbhədə sarsılmaz birlik yaradıblar və bu nailiyyət xalqımızın böyük tarixi uğurudur.
C.Məmmədov hazırda işğaldan azad edilmiş ərazilərdə miqyaslı abadlıq və quruculuq işlərinin sürətlə davam etdirildiyini bildirib. O qeyd edib ki, qısa müddətdə həyata keçirilən mühüm layihələr Prezident İlham Əliyevin gərgin və fədakar əməyinin bəhrəsidir. Deputat azad olunmuş şəhərlərdə infrastrukturun, xəstəxanaların, məktəblərin, yaşayış binalarının, mədəniyyət obyektlərinin, məscidlərin, muzeylərin, hava limanlarının, dəmir yollarının və tunellərin bərpası üzrə hərtərəfli işlərin görüldüyünü və bundan sonra Azərbaycanın yalnız inkişaf yolu ilə irəliləyəcəyini ifadə edib. pizza hut
Nazim Hacıyev
Telegram kanalımız