İsrailin paytaxtı Təl-Əvivdə baş verən silahlı hücum nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, İsraildə silahlı hücumlar davam edir. Paytaxt Təl-Əvivin Dizengoff küçəsində yerləşən "Elkov" adlı bara silahlı hücumun təşkil edildiyi bildirilir.
Polis sözçüsü Eli Levy verdiyi açıqlamada, “Terrorçu qısa məsafədən atəş açıb, sonra qaçıb. Bir neçə nəfər yaralanıb. Evinizdən çölə çıxmayın. Başınızı pəncərədən çölə çıxarmayın. Balkonlarınızdan uzaq durun”. pizza
Qeyd edək ki, martın 29-da paytaxtın şərqindəki Bney Brak şəhərində silahlı hücum nəticəsində 5 nəfər həlak olmuşdu.
Telegram kanalımız