Nazirlər Kabinetində əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclası keçirilir.
"Yeni Sabah" xəbər verir ki, Baş nazir Əli Əsədov Prezidentin müvafiq Fərmanının icrasının təmin edilməsi çərçivəsində Nazirlər Kabinetinin Tədbirlər planını təsdiq ediləcəyini bildirib: Bunun üçün 2 aylıq icra müddəti müəyyən edilib.
Dövlət Statistika Komitəsinə tapşırılıb ki, aidiyyəti dövlət orqanları (qurumları) ilə operativ qaydada razılaşdırılmış müvafiq təkliflər qısa müddətdə Nazirlər Kabinetinə təqdim olunsun. Bu işin icrası üçün bir aylıq müddət müəyyənləşdirilib. pizza hut
Dövlət Statistika Komitəsinin 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının hazırlanması və keçirilməsi üzrə Təqvim planını tərtib edərək təsdiqləməsinin vacibliyi qeyd olunub.
Telegram kanalımız