Baş nazir vəziyyətin ciddi olduğunu bildirib
25 Noy 2020 08:09
504

Baş nazir vəziyyətin ciddi olduğunu bildirib

Finlandiyanın Baş naziri Sanna Marin bu ölkədə koronavirusla bağlı vəziyyətin ciddi olduğunu bildirib.

“Yeni Sabah” xəbər verir ki, Baş nazirin sözlərinə görə, hökumət yaxın vaxtlarda yenidən sərt məhdudlaşdırıcı tədbirlərin görülməsinə imkan verən fövqəladə hallara hazırlıq barədə qanundan istifadə edə bilər.

Hökümət başçısı qeyd edib ki, müəyyən bölgələrdə virusla bağlı vəziyyət nəzarətə alınmazsa və pisləşməyə davam edərsə, yeni məhdudiyyətlərə dair qərarla bağlı məsələyə baxılacaq. O, hökumətin sərt tədbirlər görmək istəmədiyini, lakin paytaxtın bəzi regionlarında vəziyyətin artıq təcili həll tələb etdiyini vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər