Aparıcı Xoşqədəm Hidayətqızı hər həftənin şənbə və bazar günləri ARB-də təqdim etdiyi "Günaydın Azərbaycan" verilişində maraqlı açıqlamalar verib.
Yenisabah.az xəbər verir ki, jurnalist bu gün canlı efirdə şou biznes əhli ilə əməkdaşlığın ona müəyyən çətinliklər yaratdığını deyib:
"Mən siyasət jurnalisti olmuşam. Sonra sosial sahəyə meylləndim. Hələ də sosial məzmunlu veriliş aparıram. Yeni layihəyə görə müəyyən qədər şou biznesə inteqrasiya etmişəm. Hazırda şou nümayəndələrinin arasında başımı itirmişəm". Pepperoni pizza
Xoşqədəm Hidayətqızı peşəsini çox sevdiyini bildirib: "Həftənin yeddi günü işləyirəm. Peşəmi sevməsəydim, bu əziyyətə qatlaşa bilməzdim".
Telegram kanalımız