Bayden Çinə xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

Bayden Çinə xəbərdarlıq etdi

Dünya

08 Fevral 2023 08:48 742


“Çinin addımları ABŞ-ın suverenliyini təhdid etdiyi zaman rəsmi Vaşinqton ölkəni müdafiə etmək üçün hərəkətə keçəcək”. 

“Report”un məlumatına görə, bu barədə ABŞ Prezidenti Cozef Bayden Konqresə “Ölkənin vəziyyəti” haqqında illik müraciəti zamanı söyləyib. 

“Əmin olun ki, Çin suverenliyimizi təhdid edərsə, ölkəmizi qorumaq üçün hərəkətə keçəcəyik. Keçən həftə etdiyimiz kimi. Aydınlaşdrımaq üçün deyim: Çinə qarşı rəqabətdə qalib gəlmək hamımızı bir araya gətirməlidir. Çünki dünyada ciddi çağırışlarla qarşılaşırıq”-deyə, o bildirib.  Sezar pizza

O əlavə edib ki, milli infrastruktur layihələrinin həyata keçirilməsində yalnız ABŞ-da istehsal olunan materiallardan istifadə olunacaq. 

“Bu gün mən federal infrastruktur layihələrində istifadə olunan materiallar üçün yeni standartları elan edirəm. Hamısı Amerikada hazırlanmalıdır. Taxta, şüşə, alçıpan, fiber optik kabellər, hər şey amerikanın olacaq. Mənim prezidentliyim müddətində yollar, körpülər və magistral yollar Amerika materiallarından hazırlanacaq”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!