“Mayın 19-21-də Xirosimada keçiriləcək G7 sammitində iştirak etməyəcəyəm”.
Yenisabah.az “The Guardian”a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.
O bildirib ki, Yaponiyaya səyahət etmək istəyir, lakin milli borc və mümkün devalvasiya məsələlərinə görə ölkədə qalmağa məcburdur. Marqarita pizza
Baydenin sözlərinə görə, milli borc tavanının artırılması üzrə danışıqlar uğursuz olarsa, mümkün devalvasiya Amerika iqtisadiyyatı üçün dağıdıcı olacaq.
Xatırladaq ki, ABŞ-ın maliyyə naziri Janet Yellen daha əvvəl Konqresə məktub göndərərək, hökumətin milli borc tavanı ilə bağlı fövqəladə tədbirlərin iyunun 1-də tükənə biləcəyini və bunun devalvasiyaya səbəb ola biləcəyini bildirmişdi.
Telegram kanalımız