Bayden impiçment təhlükəsi ilə üzləşə bilər

saytların hazırlanması

Evə çatdırılma

Bayden impiçment təhlükəsi ilə üzləşə bilər

Dünya

16 İyul 2022 22:15 878


ABŞ Prezidenti Co Bayden impiçment ola bilər. 

APA xəbər verir ki, bu barədə Amerikanın “Newsweek” jurnalı yazıb.

Məlumata görə, Demokratlar Partiyası noyabrda keçiriləcək aralıq seçkilərdə məğlub olarsa və Konqresin hər iki palatasına nəzarəti itirərsə, ABŞ Prezidenti Co Bayden impiçment ola bilər. pizza sifarişi

Bəzi respublikaçı partiya üzvləri bu istiqamətdə hərəkət edəcəyini açıq şəkildə bəyan edib.

İmpiçment proseduruna başlamaq üçün Nümayəndələr Palatasının üzvlərinin yarıdan çoxunun (sadə səs çoxluğu) və senatorların üçdə ikisinin lehinə səs verməsi lazımdır.

Xatırladaq ki, Baydenin sələfi Donald Trampa qarşı iki dəfə impiçment elan edilib. Lakin hər ikisində də Senat ona bəraət qazandırıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!