Bayram Nurlu evlənməyə hazırlaşır   - “Bəyəndiyim qız...“

saytların hazırlanması

Evə çatdırılma

Bayram Nurlu evlənməyə hazırlaşır - “Bəyəndiyim qız...“

Şou

15 Sentyabr 2021 10:07 81516


Fərqli obrazları ilə tez-tez müzakirə edilən sosial şəbəkə fenomeni Bayram Nurlu imicində dəyişiklik edib. Saçlarındakı qaynaqlardan azad olan Bayram makiyajla birdəfəlik vidalaşıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Shownews”a danışan Bayram bunun bir neçə səbəbinin olduğunu vurğulayıb:

"Bilirsiz ki, sosial yönümlü bir layihə üzərində çalışıram. Bu verilişdə bir çox xəstələrə öz büdcəmdən yardımlar edəcəyəm. Hazır proqram üzərində böyük komanda çalışır. Bu haqda çox danışmaq istəmirəm. Tam dolğun məlumat veriləcək. Bu verilişə mən "Babi" obrazında qatıla bilmərəm. Bu, layihənin formatına da uyğun deyil". Dördpendirli pizza

O, evlənməyə hazırlaşdığını açıqlayıb:

“Əsas səbəb isə ailə qurmağa hazırlaşmağımla əlaqədardır. Artıq gözaltı etdiyim qız da var. Bu ilin sonuna kimi nişanlanmağı düşünürəm. Artıq anama, bacılarıma da demişəm. Maddi cəhətdən imkanlı olmayan, amma çox tərbiyəli bir ailənin qızını bəyənmişəm. Anama, bibilərimə necəyəmsə, arvadımın ailəsinə də elə olacağam. Onları öz ailəmdən fərqləndirməyəcəyəm. Mən ailədə çox adamın olmağını sevirəm. Məndən olsa, onları da öz evimizə gətirərəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!