Bayram Nurlu Rəmişlə görüşündən danışdı:   “Çox üzüldüm“

saytların hazırlanması

Evə çatdırılma

Bayram Nurlu Rəmişlə görüşündən danışdı: “Çox üzüldüm“

Şou

21 Yanvar 2021 13:22 900


Tanınmış ekstrassens, “İnstagram” fenomeni Bayram Nurlu səhhətində problem yaranan Xalq artisti Rafiq Hüseynovu (Rəmiş) ziyarət edib.

Yenisabah.az xəbər verir ki, o, sənətçinin həyat yoldaşı Gülünün hər zaman onun qulluğunda durduğunu yazıb:

“İllərlə gəlib-getdiyim qonaqpərvər ailə. Mənim çox sevdiyim sənətkar, Allah sizə şəfa versin. Canım Gülü anam, siz çox böyük ürəyə malik, fədakar qadınsınız. 24 saat sənətkarımızın qulluğundasınız. Tanrım onu sizə çox görməsin. Mən sizin üçün hər zaman dualarımla və əlimdən nə gəlirsə etməyə hazıram. Bu cür sənətkarlara dəyər vermək lazımdır, uşaqlığımızdan bu günə ruhumuzu musiqi ilə gözəlləşdirən qızıl xatirələrdir. Allah qorusun sizi. Vallah, mən çox kövrək insanam, Gülü xalanın ağlamağını gördüm internetdə çox üzüldüm. Çünki sənətkardan başqa heç kimi yoxdur. Düzdür biz də onun yaxını kimiyik, amma evin adamının yerini heç kəs verməz”. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!