Bəhram Bağırzadədən toydakı hərəkəti ilə bağlı suala REAKSİYA

saytların hazırlanması

Evə çatdırılma

Bəhram Bağırzadədən toydakı hərəkəti ilə bağlı suala REAKSİYA

Sosial

21 İyun 2023 07:01 26277


Əməkdar artist Bəhram Bağırzadə iştirak etdiyi toy məclislərinin birində qonaqların gözü qarşısında əllərini ağzına salaraq, bərkdən fit çaldığına görə sosial şəbəkələrdə tənqid olunur.

“Yeni Sabah” xəbər verir ki, "Qaynarinfo" məsələyə aktyorun münasibətini öyrənməyə çalışıb. Əməkdar artist həmin videogörüntünü görmədiyini bildirib.

"Belə şeylərə baxmağa və onun haqqında danışmağa vaxtım yoxur. Təyyarədəyəm, hazırda uçmağa hazırlaşırıq", deyə Bəhram Bağırzadə qeyd edib. Dördpendirli pizza

Xatırladaq ki, Əməkdar artist Bəhram Bağırzadə qatıldığı toy məclislərinin birində qəribə rəqsi və fit çalması ilə bağlı gündəmə gəlib. Rəqs edərkən fit çalan aktyorun hərəkəti ictimaiyyət tərəfindən sərt tənqid olunub. Bir qədər öncə Bəhram Bağırzadə rayondan gələn insanları ucadan danışdığına görə tənqid etmişdi.

"Onlar hətta restoranda çox ucadan danışırlar. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz", deyə aktyor bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!