Rusiya Minskə “İsgəndər” kompleksi, habelə "S-400" zenit-raket kompleksi ilə təmin edib.
Yenisabah.az “SB. Belarus seqodnya"ya istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
Lukaşenko bildirib: “Regional Qüvvələr Qrupunun Belarus hissəsini təchiz etmək üçün Rusiya tərəfi bizə lazımi raket ehtiyatı olan “İsgəndər” operativ-taktiki raket sistemini verdi. "S-400" uzaqmənzilli zenit-raket kompleksi də təhvil verilib. İstədiyimizi əldə etdik. Bu, nəhəng cəbbəxanadır”. pizza sifarişi
O, həmçinin bildirib ki, Dövlət Silahlanma Proqramı çərçivəsində “Tor” zenit-raket kompleksinin akkumulyatoru, tank əleyhinə idarə olunan raketlər, minaatanlar, reaktiv yaylım atəşi sistemləri, 830 mindən çox müxtəlif çaplı döyüş sursatları alınıb gətirilib: "Demək olar ki, bir milyon. "Su-30SM" təyyarələri, "Mi-35M" helikopterləri, zirehli transportyorlar, eləcə də digər silahlar, raketlər və sursatlar gətiriləcək".
Telegram kanalımız