Bəlkə birinin evində hamamı yoxdur, harada çimsin? 

saytların hazırlanması

Evə çatdırılma

Bəlkə birinin evində hamamı yoxdur, harada çimsin? 

Sosial

23 Sentyabr 2021 10:24 2463


Hamam həqiqətən gözəl yerdir!

-İstidə harada sərinləmək olar?

-Hamamda! pizza

-Qışın soyuğunda harada qızınmaq olar?

-Hamamda! pizza

-Adam harada pak ola bilər?

-Hamamda! pizza

-Elə isə deyin, gəlsin!

Biz də deyirik:

-Hamamları işlədin!

Niyə otellərdə hamamlar işləyir, buxarxanalar, massajxanalar, nə xanalar  işləyir, Bakı kimi böyük şəhərdə hamamlara işləməyi qadağa qoyulur?

Bəlkə birinin həyət evində hamamı yoxdur, harada çimsin? Bu soyuqda gedib dənizdə çimsin?

Yoxsa, camaat otellərə getsin?

Otellər sadə xalq üçün deyil, axı? Varlılar üçündür! Məsələn, "JOYY otel spa"da qiymətlər belədir:

Giriş - 15 AZN

Massaj (1 saat) -30 AZN

Massaj (45dəqiqə) -22 AZN

Massaj (30 dəqiqə) -15 AZN

Banka-10 AZN

Kisə-10AZN

Kisə (komplekt)-10 AZN

Süpürgə-10 AZN

Pilinq-4 AZN

Massajdan sonra sabunlama -10 AZN

Adi sabunlama 8 AZN

Süpürgə satışı-5 AZN

100 manata çimmək nə deməkdir? Adi hamamlarda sadaladıqlarıım 40-45 manata başa gəlir...

Bildiyimizə görə, dünyanın heç yerində hamamları qapatmayıblar, bəs bizdə niyə belədir? Bu da Ramin Bayramlının hoqqalarıdır?

Bu hoqqqaları çıxaranlar bilirlərmi ki, Bakı hamamlarının 10.000-dən çox işçisi işsiz qalıb? Hələ insanların rahatlığının əllərindən alınmasını demirik!

Başı çıxanların dediklərinə görə, hamamda mikrob olmur. Olan mikroblar da istiyə tab gətirmir, yox olur. Belə isə, açın hamamları, camaat ölənlərinizə rəhmət oxusun...Həm xalqın canı rahat olsun, həm də sizin! 

Xeyrəddin Qoca


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Eldar
    Bakıya gəldim, hamamsız rayona qayıtdım. Əlac olmadı Gəlib kənddə yuyundum.
    4 years ago
  • Elşən
    Hörmətli aperativ qərargah ölkədə baqlı hec bir sahə qalmadı hamamlar istisna olmaqla ...niyəaxı bu hamamllar acılmır ..səbəb nədir . Burda işləyən insanlar neyləsin . 1..7 aydır bu cətin vəziyyətdə yaşayırıq . Bizim günahımız nədir ..nədən bu işi acmaq istəmirsiz ..bu işdə minlərlə insan evinə cörək aparırdı ..indi hamsı cox pis vəziyyıtədilər . ..bizim günahımız nədir ki bizlərə "işgəncə "verursiz ..xahiş eləyirəm bu hamalarıda acın mən .və min kimi minlərlə insan gedib evinə cprək qazınsın ...
    5 years ago
  • Elşən
    Tamamilə doqrudur ...xahiş eləyirəm saytlardan bu hamamlar haqqında cox yazsınlar ..1.7 aydır biz işsizik cox cətin vəziyyətdəyik ..bu hamalsra on minlərlə insan cörək qazanar..niyə ancaq bu hamamlara qəti olmaz işləmək niyə axı ..xahiş elıyirəm saytlar bu haqda da cox yazasınız bəlkə bizimdə səsimizi operstiv qərargah eşidər ..bizdə bu ölkənin vətandaşıyıq ..nə qsyda qanun qoyulsrsa qoysunlar təki hamqmları acsınlar ......
    5 years ago
  • Nəsib
    Tamamilə haqli iraddiir,yəqin ki,lazimi orqanlar bu haqqda bir tədbir görəflər
    5 years ago