Rusiyanın Belqorod vilayətində minik avtomobilində qurulan partlayıcı partlayıb.
"Yeni Sabah" xəbər verir ki, nəticədə bir mülki şəxs həlak olub, daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Vilayətin operativ qərargahının məlumatına görə, partlayış zamanı aldığı ağır xəsarətlər səbəbindən bir kişi hadisə yerində həyatını itirib. Yaralanan üç nəfərə tibbi yardım göstərilir. pizza sifarişi
Hadisənin başvermə şəraiti və partlayıcı qurğunun mənşəyi ilə bağlı araşdırma aparılır./APA
Telegram kanalımız