Dəməşq məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədi insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində təqsirli bilib.
"Yeni Sabah" Associated Press-ə istinadla xəbər verir ki, Əsəd qiyabi olaraq edam cəzasına məhkum edilib.
Onun dövründə Dəra əyalətində siyasi təhlükəsizlik bölməsinə rəhbərlik edən əmisi oğlu Atef Nəcib də qəsdən adam öldürmə və işgəncə verməkdə təqsirli bilinib. Nəcib hökm oxunarkən həbsxana geyimində dəmir barmaqlıqlar arxasında dayanıb. Məhkəmə onu da edam cəzasına məhkum edib. Sezar pizza
2024-cü ilin noyabr ayının sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma başlayıblar. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar və Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və ölkədən qaçıb.
Telegram kanalımız