Fransa hökuməti Ukrayna ərazisində öz hərbi heyətinin mövcudluğunu rəsmən təsdiqləyib.
“Yeni Sabah” Le Figaro-ya istinadla xəbər verir ki, Fransa Silahlı Qüvvələrinin nümayəndəsi Alis Rufo kiçik hərbçi qrupun döyüş əməliyyatlarında iştirak etmədiyini deyib.
Onlar cəbhə xəttindən xeyli uzaq məsafədə ukraynalı əsgərlərə hərbi təlimlərin keçirilməsi və Fransa istehsalı olan müxtəlif silah sistemlərinin, o cümlədən artilleriya qurğularının və təyyarələrin texniki təmiri işlərini həyata keçirirlər. Bakıda online alış-veriş
Rusiya XİN Fransa hərbi heyətinin Ukraynada yerləşdirilməsini sadəcə yardım deyil, Parisin müharibədə birbaşa iştirakı kimi qiymətləndirib. O, həmin hərbçilərin Rusiya ordusu üçün qanuni hədəfə çevriləcəyini bəyan edib.
Nazim Hacıyev
Telegram kanalımız