İrem Derici milyonluq qonorar iddialarına üsyan etdi: “And olsun, elə pullar yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

İrem Derici milyonluq qonorar iddialarına üsyan etdi: “And olsun, elə pullar yoxdur”

Şou

18 Noyabr 2026 15:46 40


İrem Derici məşhurların Yeni il gecəsi alacağı iddia edilən səhnə qonorarlarına etiraz edib.

“Yeni Sabah” xəbər verir ki, türkiyəli ifaçının adı da qonorar siyahısında yer alıb.

Onun gecə ərzində 3 milyon lirə qazanacağı iddia edilib. Sərfəli qiymətə məhsullar

Siyahıda Gülşən, Hande Yener və Edisin 20 milyon, Hadisenin 22 milyon, Ebru Gündeş, Mahsun Kırmızıgül və Kenan Doğulunun isə 25 milyon lirə alacağı göstərilib.

İrem Derici rəqəmlərin həqiqəti əks etdirmədiyini bildirib:

“O Yeni il siyahısı doğrudursa, mən artıq səhnəyə çıxmayım. Hər  il belə xəbərlər yayıldığını bilirsiniz. Dostlar, and olsun ki, elə pul yoxdur. Bunlar insanları əsəbiləşdirmək üçün yayılan xəbərlərdir. Elə pullar yoxdur, mənə inanın. Bir Seda xanıma, bir də mənə inanın”.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!