"Hətta cənab Rəisini israillilərin öldürdüyünə inanıram. Baxmayaraq ki, buna heç bir sübutum yoxdur".
"Yeni Sabah" Hamshahri Online-a istinadla xəbər verir ki, bunu İranın keçmiş müdafiə naziri müavini Hüseyn Əlai bildirib.
"Düşünürəm ki, cənab Haşemi Rəfsəncanini (İranın sabiq prezidenti - red.) israillilər öldürüb. Bu, mənim fikrimdir. Buna heç bir dəlilim yoxdur, amma düşünürəm ki, israillilər müharibəni cənab Haşemi Rəfsəncanini qətlə yetirməklə başlayıblar. Lakin məntiq deyir ki, israillilər müharibəni o vaxtdan başlayıblar. Hətta cənab Rəisini israillilərin öldürdüyünə inanıram. Baxmayaraq ki, buna heç bir sübutum yoxdur". Bakıda online alış-veriş
Telegram kanalımız