Salah yeni rekord qırdı

saytların hazırlanması

Evə çatdırılma

Salah yeni rekord qırdı

İdman

14 Noyabr 2026 11:10 27


Məhəmməd Salah Misir milli komandasının tarixində ən çox qol vuran futbolçu adına sahib çıxıb.

“Yeni Sabah” xəbər verir ki, ulduz hücumçu milli formada vurduğu qolların sayını 70-ə çatdıraraq, uzun illərdir bu göstəricidə lider olan Hossam Həsəni (69 qol) geridə qoyub və mütləq rekorda imza atıb.

Misir seçməsi ötən gün Afrika Kuboku çərçivəsində keçirilən qarşılaşmada Malavi yığmasını 5:0 hesabı ilə darmadağın edib. Görüşün 84-cü dəqiqəsində fərqi dörd topa çatdıran Məhəmməd Salah matçın əsas vaxtına əlavə olunmuş beşinci dəqiqədə (90+5) penalti zərbəsini dəqiq yerinə yetirərək dubla imza atıb və tarixi rekordunu rəsmiləşdirib. Məişət texnikası

Qarşılaşmada Misir millisinin digər qollarının müəllifləri isə Nasser Maher, Məhəmməd Hani və Ömər Marmuş olublar. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!