Bu gün, noyabrın 14-də dünyada Ümumdünya Diabetlə Mübarizə Günü qeyd olunur. Əsas məqsədi şəkərli diabetlə bağlı ictimai məlumatlılığı artırmaq, xəstəliyin profilaktikası və erkən diaqnostikasının vacibliyini ön plana çəkmək olan bu əlamətdar gün çərçivəsində ölkə üzrə mövcud statistik göstəricilər açıqlanıb.
“Yeni Sabah” Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 2025-ci ildə ölkənin tibb müəssisələrində qeydiyyatda olan diabet xəstələrinin ümumi sayı 344 577 nəfərə çatıb. Bu rəqəm 2024-cü ilin göstəriciləri ilə müqayisədə 1,3 faiz artım deməkdir.
Digər tərəfdən, il ərzində ilk dəfə diabet diaqnozu qoyulan pasiyentlərin sayında müəyyən azalma müşahidə edilib. Belə ki, ötən il 25 356 nəfərə ilk dəfə bu diaqnoz təyin olunub ki, bu da əvvəlki illə müqayisədə 3,9 faiz azdır. İnternetdən sifariş
Mütəxəssislər hesab edirlər ki, xəstəliyin vaxtında aşkarlanması, mütəmadi tibbi müayinələrdən keçmək və sağlam həyat tərzinin təşviqi diabetin qarşısının alınmasında və onunla effektiv mübarizədə həlledici rol oynayır.
Cəlalə Cəlalqızı
Telegram kanalımız