Qənirə Ataşova ona irad bildirənlərə cavab verdi - “Hələ çox şey...”

saytların hazırlanması

Evə çatdırılma

Qənirə Ataşova ona irad bildirənlərə cavab verdi - “Hələ çox şey...”

Sosial

14 Noyabr 2026 11:43 60


ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova sosial şəbəkədə paylaşım edərək övladları, şəxsi həyatı və qazandığı uğurlardan danışıb.

“Yeni Sabah” xəbər verir ki, jurnalist uzun müddətdir Azərbaycan mühitindən uzaq olduğunu, öz həyatı və işi ilə məşğul olduğunu bildirib.

O, bəzi şəxslərin onun haqqında danışdıqlarını və xoşbəxtliyinin kimlərinsə rahatlığını pozduğunu da qeyd edib: Online alış-veriş

“Mələklərim... Mən xeyli müddətdir Azərbaycan mühitindən uzağam. Öz həyatımı yaşayıram, işimlə məşğulam, övladlarımın uğurlarına sevinirəm. Açığı, kimlərin arxamca nə danışdığından nə xəbərim olub, nə də maraqlanmışam.

Amma bu gün bəzi sübutlarını görəndə anladım ki, sən demə, bizim xoşbəxtliyimiz kimlərinsə rahatlığını pozur. Dedim, paylaşım, bir az da ürəyiniz yansın.

Dinimiz deyir ki, övladla öyünmək olmaz. Mən də övladlarımla yox, verdiyim sağlam tərbiyəyə, sevgiyə, onların necə insan kimi böyüməsinə baxıb Allaha şükür edirəm. Mehriban, zəhmətkeş, mərhəmətli, sevgi doludurlar. Bu mənim üçün bütün diplomlardan, uğurlardan qiymətlidir. Bir də kənd qızı olduğumu xatırladanlara sözüm var. Bəli, kənd qızıyam! Heç vaxt da bundan utanmamışam”.

Jurnalist paylaşımında kənd qızı olsa da, illərlə məsul vəzifələrdə işlədiyini bildirib:

“Surradan çıxıb jurnalistikada çoxunuzun edə bilmədiyini etmişəm. Minlərlə reportaj hazırlamışam, illərlə məsul vəzifələrdə çalışmışam. Sonra başqa ölkədə, başqa dildə, tamam fərqli bir sahədə həyatımı sıfırdan qurmuşam.

Bu gün dünyanın aparıcı universitetlərindən biri olan Penn State-də məsul vəzifədə çalışıram. Bütün bunlara öz zəhmətimlə nail olmuşam.

Bəs siz? Başqalarının həyatını müzakirə etməkdən başqa nə etmisiniz? Hansı işinizlə, hansı uğurunuzla, yaratdığınız hansı dəyərlə fəxr edirsiniz? Kimsiniz axı siz ki, mənim keçdiyim yolu kiçiltməyə çalışırsınız?

İnsanın harada doğulması yox, həyatda nə etməsi önəmlidir. Mən kənd qızı olmağımla da, keçdiyim yolla da, bu üç mələklə də fəxr edirəm. Allaha min şükür!

Hə, bir də... Mən hələ çox şey paylaşacağam. Öyrəşin!”.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!