Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - Qiyməti isə...

saytların hazırlanması

Evə çatdırılma

Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - Qiyməti isə...

Avto

14 Noyabr 2026 11:59 122


Cəmi 499 ədəd istehsal ediləcək, qiyməti isə 700 min dollardan başlayacaq. “Audi” şirkətinin yeni hibrid superkarı Nuvolari həm gücü, həm də qiyməti ilə seçilir.

“Yeni Sabah” xəbər verir ki, Almaniyanın avtomobil istehsalçısı “Audi” şirkəti yeni modelinin ABŞ bazarında da satışa çıxarılacağını açıqlayıb. Dünyada cəmi 499 ədəd istehsal olunacaq avtomobilin ilk alıcılara 2028-ci ilin ikinci yarısında təhvil verilməsi planlaşdırılır. Ümumi istehsalın 182 ədədi ABŞ bazarı üçün ayrılıb. Modelin Avropada ilk təqdimatından təxminən, 5 ay sonra Amerikada satışa çıxarılması nəzərdə tutulur.

Avtomobilin ABŞ-da başlanğıc qiyməti 700 min dollar olacaq. Bu, “Lamborghini Revuelto” modelindən təxminən 100 min dollar, “Ferrari 849 Testarossa”dan isə 150 min dollar bahadır.  Əlavə təchizat və fərdi sifarişlər seçildikdə avtomobilin qiyməti daha da arta bilər. Bakıda online alış-veriş

“Audi Nuvolari” iki turbinli, 4 litrlik V8 mühərriklə təchiz olunub. Bu mühərrikə 3 elektrik mühərriki də qoşulub. Hibrid sistemin ümumi gücü 987 at gücünə çatır. Bu göstərici “Lamborghini Temerario” modelindən 80 at gücü çoxdur.  Şirkətin məlumatına görə, avtomobil 0-dan 96 km/saat sürətə cəmi 2,5 saniyəyə çatır. Maksimum sürəti isə saatda 350 kilometrdən çoxdur.

Karbon lifli kuzova və xüsusi əyləc sisteminə malikdir

“Audi Nuvolari” karbon lifindən hazırlanan yüngül kuzov hissələri ilə təchiz edilmiş yeni şassi üzərində qurulub.

Avtomobildə 3 səviyyədə tənzimlənən arxa qanad və yarış avtomobillərində istifadə olunan DRS sistemi var. Bu sistem avtomobilin hərəkət zamanı hava müqavimətini azaltmağa kömək edir. Modelin yerəbasma qüvvəsi 400 kiloqramdan çox ola bilir. Tam ötürücülü sistem isə sürətlənmə, sükan hərəkəti və yol şəraitindən asılı olaraq mühərrik gücünü təkərlər arasında bölüşdürür.

Karbon-keramika əyləclər avtomobilin standart təchizatına daxildir. Alıcılar kuzov üçün 60-dan çox rəng, salon üçün isə 33 fərqli dəri rəngi arasından seçim edə biləcəklər.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!