Beyləqan rayonunda məktəblilərin zəhərlənməsi faktı qeydə alınıb. Şagirdlərin dərs zamanı özlərinin hazırladıqları qidanı qəbul etdikdən sonra halı pisləşib.
Bu barədə "Yeni Sabah"a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, hadisə Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində baş verib. AQTA faktı dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb. Dominos pizza
İlkin araşdırmaya əsasən, şagirdlər "Texnologiya" dərsi zamanı özlərinin hazırladıqları qidanı istehlak etdikdən sonra zəhərləniblər. Hazırda onlara müvafiq tibb müəssisəsində tibbi yardım göstərilir.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Aytac Əliyeva
Telegram kanalımız