Mauro İkardi ilə model Vanda Naranın boşanma prosesi başa çatıb.
“Yeni Sabah” xəbər verir ki, 2024-cü ilin noyabrında başlayan prosesin son iclası oktyabrın 8-də Milanda keçirilib.
"Qalatasaray"ın sabiq futbolçusu boşandıqdan sonra sosial şəbəkə hesabında məlumat yayıb. Sezar pizza
İkardi bildirib ki, məhkəmə Vanda Naranın aylıq 250 min avro aliment tələbini rədd edib. Qərarda Naranın özünü təmin etmək üçün kifayət qədər gəlir və əmlaka sahib olduğu qeyd olunub. Təzminat xarakterli ödəniş tələbi də qəbul edilməyib.
Məhkəmə Naranın ailə həyatı və 2 azyaşlı qızına görə fəaliyyətindən geri qalmaq məcburiyyətində olduğu barədə iddiasını sübuta yetirilmiş hesab etməyib. Əksinə, V.Naranın tanınmasının İkardi ilə evliliyindən sonra artması və onun peşə fəaliyyətinin evlilik dövründə genişləndiyi bildirilib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız