MDB Dövlət Başçıları Şurası Türkmənistanda keçirilən iclasda Birlik üzv dövlətlərində 2030-cu il əhali siyahıyaalmaları ilə bağlı qərar qəbul edib.
"Yeni Sabah" xəbər verir ki, əhali siyahıyaalmalarının əsas nəticələrinin ölkələrarası müqayisəsini təmin etmək məqsədi daşıyır.
Qərara əsasən, 2030-cu il milli əhali siyahıyaalma proqramlarına daxil ediləcək sosial-iqtisadi və miqrasiya göstəricilərinin siyahısı razılaşdırılmalın və 2027-ci ildə təsdiq edilməlidir. pizza
Qətnamə layihəsini MDB Dövlətlərarası Statistika Komitəsi təqdim edib.
Ölkə rəhbərləri tərəfindən təsdiqlənən sənəddə MDB üzv dövlətlərində növbəti əhali siyahıyaalmalarının 2030-cu ilə mümkün qədər yaxın müddətdə keçirilməsi və Ümumdünya Əhali və Mənzil Siyahıyaalma Proqramını dəstəkləmək üçün tədbirlər görülməsi təklif olunur.
Bu qərarın göstəriciləri rəsmi olaraq uyğunlaşdıracağı gözlənilir.
Telegram kanalımız