Beyonsu məhkəməyə verdi

saytların hazırlanması

Evə çatdırılma

Beyonsu məhkəməyə verdi

Şou

11 Avqust 2026 18:06 50


Dünya şöhrətli müğənni Beyonsun müəllif hüquqlarını pozduğu iddia olunur.

"Yeni Sabah" xəbər verir ki, prodüser Syudzi Hirous sənətçinin “Alien Superstar” mahnısında onun “Moonraker” bəstəsinin danışıq girişindən bir hissədən icazəsiz götürdüyünü iddia edib. O, məhkəməyə üz tutub.

İddianı Hirous Enterprise şirkəti qaldırıb. Hirous “Moonraker” əsərinin hüquq sahibi olduğunu bildirib. Beyonsdan başqa, mahnının buraxılışı ilə əlaqəli bir neçə musiqi şirkəti də cavabdeh qismində göstərilib. Toyuqlu pizza

Məhkəmə sənədlərində mahnının hansı hissəsinin icazəsiz istifadə edildiyi və iddiaçının nə qədər təzminat tələb etdiyi açıqlanmayıb.

Qeyd edək ki, bu, Beyonsun müəllif hüquqlarının pozulması ilə bağlı ittihamlarla üzləşdiyi ilk hal deyil. Bununla belə, əvvəlki oxşar iddiaların bir çoxu məhkəmə araşdırmasına qədər gedib çıxmayıb./Axşam.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!