“Bəzən siz tələsirsiniz…”  – Aynişandan təsirli sözlər
26 May 2020 11:45
4060

“Bəzən siz tələsirsiniz…” – Aynişandan təsirli sözlər

Əməkdar artist Aybəniş Haşımovanın blogger qızı Aynişan Quliyeva paylaşımı ilə gündəmə gəlib. 

Yenisabah.az xəbər verir ki, həyat yoldaşı, fitness məşqçisi Kənan Əliyevlə fotosunu izləyiciləri ilə bölüşən Aynişan onunla tanışlıq hekayəsini də yazıb: “Bu gün bu şəklimizi Zeynal Məmmədli çəkdi və yerində bu ideyanı verdi. İndi fotoya baxıram və yadıma düşür ki, illər öncədən də elə bu məkanda bir birimizin yanından elə bir birimizə belə baxaraq keçirdik... Eyni kafedə yan yana oturduq və heç vaxt ağlımıza belə gəlməzdi ki, vaxt gələcək bizim həyatımız birləşəcək. Qismətinizin yanından bəlkə də hər gün yan keçirsiz... Kainat gecikmir, bəzən siz tələsirsiniz. Doğru zamanda qismətiniz sizə doğru addımlayacaq. O zaman hər ikiniz buna hazır olacaqsınız. Xərcləməyəcəksiz münasibətinizi”. 

Qeyd edək ki, cütlük fevral ayında ailə qurub.

Oxşar xəbərlər