Binaların zəlzələyə davamlılığı yenidən yoxlanılacaq? 

saytların hazırlanması

Evə çatdırılma

Binaların zəlzələyə davamlılığı yenidən yoxlanılacaq? 

Sosial

26 Aprel 2023 11:08 762


"Bu vaxta qədər tikilən binaların zəlzələyə davamlılığının yoxlanılması üçün monitorinqlər aparılmalıdır". 

Bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS 2023) Beynəlxalq Konqresində çıxışı zamanı deyib.

O, Türkiyədə baş verən zəlzələnin Azərbaycan xalqını və dövlətini də sarsıtdığını xatırladıb: "Baş verən zərərlərin aradan qaldırılması üçün Azərbaycan da əlindən gələni etdi. Bu hadisələr bizim alimləri yenidən düşünməyə sövq etdi. Yəni alimlər binaların və tikintinin keyfiyyətinin artırılmasını düşünməlidir. Bəzən nəzəriyyədəkilər praktikada özünü doğrultmur. Görünür nəzəriyyələrə yenidən baxılmalı, yeni standartlar ortaya qoyulmalıdır. Həmçinin bu vaxta qədər tikilən binaların zəlzələyədavamlılığının yoxlanılması üçün monitorinqlər aparılmalıdır"./Report 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!