Binəli Yıldırım evə buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Binəli Yıldırım evə buraxıldı

Dünya

27 Oktyabr 2022 13:12 798


Azərbaycanda səfərdə olarkən yol qəzasına düşən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım evə buraxılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb.

Bundan əlavə, Türkiyənin vitse-prezienti Fuat Oktay bununla bağlı tvit atıb. pizza mizza

O, B.Yıldırımı və Şaamil Ayrımın müalicə olunduğu xəstəxanada onları ziyarət etdiyini və hər ikisinin vəziyyətinin yaxşı olduğunu bildirib.

Xatırladaq ki, B.Yıldırım və Ş.Ayrım oktyabrın 20-də Cəbrayıldan Zəngilan Beynəlxalq Hava Limanına qayıdarkən qəzaya uğrayıb. Yıldırım və Ayrım qəza zamanı nəzarət məqsədi ilə sağlamlıq qruplarının müşayiəti ilə helikopterlə paytaxt Bakıdakı xəstəxanaya aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev Binəli Yıldırım və Şamil Ayrıma müalicə olunduqları xəstəxanada baş çəkib.

Daha sonra Binəli Yıldırım təcili yardım təyyarəsi ilə İstanbula aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!