Bir gündə 60 min miqrant – İspaniyadan ŞOK GÖRÜNTÜLƏR

saytların hazırlanması

Evə çatdırılma

Bir gündə 60 min miqrant – İspaniyadan ŞOK GÖRÜNTÜLƏR

Hadisə

31 İyul 2026 16:27 238


İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri Seutada son günlər görünməmiş miqrasiya böhranı yaşanır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə İspaniyanın RTVE telekanalına istinadən şəhərin rəhbəri Xuan Xesus Vivas məlumat verib. Onun sözlərinə görə, son 24 saat ərzində Mərakeşdən Seutaya təxminən 60 min qanunsuz miqrant daxil olub. Bu rəqəm şəhərin ümumi əhalisinin təxminən 70 faizinə bərabərdir.

Vivas yaranmış vəziyyəti "tamamilə dözülməz" adlandıraraq şəhərin humanitar və təhlükəsizlik baxımından ciddi böhranla üz-üzə qaldığını bildirib. Dördpendirli pizza

Məlumata görə, Mərakeşdən Seutaya üzərək keçməyə çalışan miqrantlardan azı 34 nəfər dənizdə boğularaq həyatını itirib. Əvvəlki məlumatlarda 24 nəfərin öldüyü bildirilsə də, sonradan ölənlərin sayı artıb.

İspaniyanın Baş naziri Pedro Sançes Seutaya səfəri zamanı baş verənləri ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib və insan alveri şəbəkələrini miqrantları təhlükəli marşrutlara sövq etməkdə günahlandırıb. Hökumət sərhəddə təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini açıqlayıb.

Qeyd edək ki, Seuta Avropa İttifaqının Afrika qitəsi ilə quru sərhədinə malik iki eksklavından biridir və uzun illərdir qanunsuz miqrasiya marşrutlarının əsas istiqamətlərindən hesab olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!