Mütəxəssislər son aylarda birdən çox virusun eyni vaxtda yayılması ilə bağlı xəbərdarlıq edirlər.
Yenisabah.az xəbər verir ki, insanlarda kombo virusların müşahidə edildiyi də bildirilir. Buna əsasən, bir neçə virus eyni anda insanlara təsir edir və testlərdə biri aşkarlansa belə, digərini təyin etmək mümkün olmur.
Poliklinikalarda qrip əlamətlərinin 2-3 dəfə artdığını və ciddi bir intensivlik yaşandığını bildirən həkimlər bildirir ki, qızdırma, öskürək, boğaz ağrısı şikayətləri ilə çoxlu müraciətlər olur. Əvvəllər mövsümi dövrlərdə, havalar soyuyanda qrip üstünlük təşkil etsə də, hal-hazırda vəziyyət daha mürəkkəbdir. Dominos pizza
Prof. Dr. Özkaya, Covid-19-un immunitet sisteminin reaksiyasını dəyişdirdiyini izah edib:
“Hər kəsdə Covid virusu var. Buna görə pandemiyadan əvvəl sizi narahat etməyən qrip və donuz qripi virusları indi çox asanlıqla xəstəlik törədə bilər. Uşaqlar və gənclər daha şanslıdır. Orta yaş qrupu sətəlcəm xəstəliyindən şikayət edir. 65 yaşdan yuxarı və xroniki xəstəliyi olanların xəstəliyi daha ağır olur və sətəlcəm artır. Zəiflik, yorğunluq, bədən nasazlığı, oynaq ağrısı, burun tıkanıklığı və ya burun axması, asqırma, baş ağrısı, yüksək hərarət, öskürək, tənəffüs çətinliyi kimi birdən çox simptom varsa, maska taxmaq və özünü təcrid etmək kimi tədbirlər alınmalıdır. Vaxt itkisinə yol vermədən, altında yatan mikroorqanizmi müəyyən etmək və müvafiq müalicə planı yaratmaq üçün xəstəxanaya müraciət etmək və müvafiq analizlərdən keçmək lazımdır.
Həkim professor Özkaya söyləyir ki, yoluxucu, epidemik xəstəliklərlə mübarizədə immunitet sistemi əhəmiyyətli rol oynayır:
“Birdən çox virusun yayıldığı bu dövrdə karantin tədbirləri ilə yanaşı immunitet sistemini də güclü saxlamalıyıq. Bunun üçün kifayət qədər yuxu almalı, stress faktorlarını minimuma endirməli, qida rasionumuzda immunitet sistemini gücləndirən qida və içkilər qəbul etməli, açıq havada olmağa diqqət etməli, mineral və vitamin əlavələri qəbul etməliyik. Digər tərəfdən, bu birləşmiş virus epidemiyasına baxdığımızda, ümumiyyətlə yuxarı və aşağı tənəffüs yollarını təsir etdiyi üçün açıq havada gəzinti və nəfəs məşqləri də vacibdir ”.
Nigar İLQARQIZI
Telegram kanalımız